Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi Aqil Babayev vəzifəsindən azad edilib və onun yerinə Azər İbrahimov təyin edilib.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.
“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.












