Sabahkı iclasda bu məsələlər də müzakirə olunacaq

Sabahkı iclasda bu məsələlər də müzakirə olunacaq

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

NOCOMMENT.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:

– Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, parlamentin iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.