İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
NOCOMMENT-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyiblər.
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.












