Sabiq icra başçısının məhkəməsində şahidlər dindirilib

Sabiq icra başçısının məhkəməsində şahidlər dindirilib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib, şahidlər ifadə verib.

NOCOMMENT xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 15 şahid dindirilib.

Daha sonra şahidlər məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.