Son dəqiqə! Naxçıvanda məktəblər və bağçalar bağlandı

Son dəqiqə! Naxçıvanda məktəblər və bağçalar bağlandı

Xəbər verdiyimiz kimi, İran tərəfindən həyata keçirilən zərbə nəticəsində Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı hədəfə alınıb. İran dronla Naxçıvan aeroportunu vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Daha bir neçə dron isə digər yerlərə düşüb.

NOCOMMENT.az xəbər verir ki, dronlardan biri məktəb yaxınlığına düşüb.

Hadisədən sonra ərazidə məktəblər və bağçalar bağlanıb. Məktəblilər və azyaşlılar təxliyə edilib.

Qeyd edək ki, xəsarət alan şəxslərdən 3-ü hava limanı əməkdaşları, biri isə sərnişin olub.