Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Ağamir Mirizadə idarə etdiyi “Toyota Prius” avtomobili ilə yolu keçən 1981-ci il təvəllüdlü Elnur Musayevi vurub.
Nəticədə piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.












