Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Hotel”dir.
NOCOMMENT xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, hotel 2016-cı ilə qədər dövlətin nəzarətində və balansında olub: “2016-cı ildə hotel “Nəqşicahan holdinq”in mülkiyyətinə daxil olub. Hotelin hansı qiymətə hərraca çıxarıldığını isə bilən yoxdur”.
Ekspert analoji “özəlləşmənin” Diaqnostika Mərkəzinə də tətbiq edildiyini vurğulayıb: “Bu mərkəz 100 min manata özəlləşdirilmişdi. Yəqin ki, hotel bundan daha aşağı qiymətə mənimsənilib”.
Qeyd edilib ki, hotellə bərabər ətrafındakı 15 mağaza da özəlləşdirilib: “Mənbənin sözlərinə görə, bu obyektlərin təkcə 2022-ci ildə 458 min 350 manatlıq dövriyyəsi olub və gəlirlər vergidən yayındırılıb”.











