TƏBİB-ə daxil olan şikayətlərin məzmunu açıqlanıb

TƏBİB-ə daxil olan şikayətlərin məzmunu açıqlanıb

Bu il TƏBİB-ə 2 173 şikayət daxil olub.

NOCOMMENT xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, şikayətlərin 28%-i müayinə və müalicə prosedurları, 20%-i müəssisənin infrastrukturu, 13%-i etik davranış qaydalarının pozulması və 13%-i isə iş və əmək münasibətlərinin pozulması üzrə şikayətlər olub: “Daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir.

Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu İlkin səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir”.