Ustanı iş yerində tok vurub öldürdü

Ustanı iş yerində tok vurub öldürdü

Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə NOCOMMENT-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 21-də saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.