Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.
Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.











