Yaponiyada ölənlərin sayı artdı – 51 nəfər itkin düşübbackend

Yaponiyada ölənlərin sayı artdı – 51 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada zəlzələ zonasında ən azı 51 nəfər itkin düşüb.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İşikava prefekturasının hakimiyyət orqanları məlumat yayıb.

Son məlumatlara görə, azı 77 nəfər həlak olub, 100-dən çoxu müxtəlif dərəcəli xəsarətlər alıb.

İşikava prefekturasında zəlzələlərin törətdiyi çoxsaylı yanğınlar 200-dən çox yaşayış binasını, 250-dən çox bina isə yeraltı təkanlar nəticəsində dağılıb.
30 mindən çox insan təxliyə mərkəzlərində qalmağa davam edir.

33 mindən çox ev işıqsız qalmaqda davam edir, zərər çəkmiş rayonlarda internet və mobil rabitədə fasilələr müşahidə olunur. Bəzi kəndlərdə su və yanacaqla bağlı problemlər davam edir.

Xatırladaq ki, yanvarın 1-dən bəri Yaponiyada müxtəlif gücdə 600-dən çox zəlzələ baş verib ki, onların da ən güclüsü 7,6 bal gücündə olub. Bu, son üç ildə Yaponiyada baş verən zəlzələlərin ümumi sayından çoxdur. Seysmoloqlar xəbərdarlıq edir ki, bu bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və maqnitudası 7-dən yuxarı olan yeni güclü zəlzələlər riski var.