Ziya Əfsərov FHN-dəki vəzifəsindən getdi - FOTO

Ziya Əfsərov FHN-dəki vəzifəsindən getdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov öz ərizəsi ilə işdən çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Onun yerinə Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub.

Bu barədə NOCOMMENT.az-a məlumat verən Ziya Əfsərov qeyd edib ki, 2025-ci il oktyabr ayının 10-da onun öz arzusu ilə xidmətinə xitam verilib.

Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi.