Yaxın Şərqdə regional gərginliyin artması fonunda Vaşinqton administrasiyası Fars körfəzi regionundakı müttəfiqlərini dəstəkləmək məqsədilə kəskin maliyyə addımları atmağa hazırlaşır. ABŞ hökuməti rəsmi Tehranın region ölkələrinə vurduğu və vura biləcəyi ziyanı qarşılamaq üçün İrana məxsus dondurulmuş aktivlərdən istifadə etmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özünün mötəbər mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumatlara görə, ABŞ administrasiyası gələcəkdə İslam Respublikasının Fars körfəzi ölkələrinə vura biləcəyi zərərin ödənilməsi, habelə həmin dövlətlərə dəstək göstərilməsi və infrastrukturun bərpası məqsədilə müttəfiqlərinə İrana məxsus maliyyə aktivlərinə çıxış imkanı yaradacaq. Publikasiyada qeyd olunur ki, Ağ Ev, eyni zamanda, sözügedən aktivlərdən İranın regional münaqişələr zamanı artıq vurduğu mövcud ziyanın qapadılması üçün istifadə edilməsi imkanlarını da nəzərdən keçirəcək.
Məsələ ilə bağlı artıq rəsmi göstərişlər verilib. ABŞ-ın maliyyə naziri Skott Bessent mütəxəssislərə İon tərəfindən sözügedən körfəz dövlətlərinə dəymiş ziyanın dəqiq məbləğinin hesablanması və qiymətləndirilməsi barədə tapşırıq verib. Lakin rəsmi Vaşinqtonun qərarında söhbətin konkret olaraq hansı növ İran aktivlərindən və hansı həcmdə maliyyə vəsaitindən getdiyi hələlik dəqiqləşdirilmir.\\musavat.com











