ŞOK! Rusiya həmin erməniləri Ukraynaya göndərir - Qarabağda da döyüşüblər

ŞOK! Rusiya həmin erməniləri Ukraynaya göndərir - Qarabağda da döyüşüblər

Rusiya Federasiyası daha əvvəl də ermənilərdən ibarət silahlı qruplar formalaşdıraraq onları Ukrayna ilə müharibəyə cəlb edib. Lakin bu dəfəki proses daha fərqli xarakter daşıyır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib. Politoloq bildirib ki, Rusiya bu dəfə Qarabağdan qaçan separatçılardan silahlı qruplar yaradaraq onları Ukrayna cəbhəsinə göndərib və bu faktı gizlətmədən dövlət televiziyasında yayımlayıb.

Elxan Şahinoğlu qeyd edib ki, o, sözügedən görüntüləri ukraynalı dostlarına və tanıdığı diplomatlara göndərib. Politoloq vurğulayıb ki, Ukraynaya dəstək verən beynəlxalq aləm, Qərb ölkələrinin rəsmiləri və diplomatları işğalçı qoşunların tərkibində Qarabağ separatçılarının döyüşdüyünü bilməli və bu vəziyyətdən gərəkli nəticələr çıxarmalıdırlar.

Sara,