Son illər xaricdə işləməyə gedən Azərbaycan vətəndaşlarının sayı xeyli artıb. Lakin uzun illər vətəndən kənarda çalışan əmək miqrantlarını bir sual ciddi şəkildə düşündürür: gələcəkdə onların pensiya təminatı necə olacaq?
NOCOMMENT.az xəbər verir ki, bir çoxu xaricdə işlədiyi illərin Azərbaycanda pensiya hüququna və pensiya təminatına necə təsir edəcəyi barədə ya kifayət qədər məlumata malik deyil, ya da bu mövzuda yanlış təsəvvürlərə sahibdir.











