İran bu ölkəni bombalamağa başladı

İran bu ölkəni bombalamağa başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən "Şuaiba" elektrik stansiyasına hücum edildiyini bəyan edib. İddiaya görə, zərbə nəticəsində enerji obyektinə ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumatda sözügedən stansiyanın Küveytin enerji və su infrastrukturunun ən mühüm obyektlərindən biri olduğu vurğulanıb. Bildirilir ki, bu stansiya sutkada 876 MVt elektrik enerjisi istehsal etməklə yanaşı, təxminən 45 milyon qallon şirinləşdirilmiş su hasilatı ilə də ölkənin ehtiyaclarını qarşılayır.

Hadisə ilə bağlı Küveyt tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Sara,

NOCOMMENT.az