Mənbələrdən daxil olan məlumata görə, Kiyev rejimi Böyük Britaniyanın birbaşa göstərişi ilə Belarus ərazisinə qarşı genişmiqyaslı hücuma hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə regional təhlükəsizlik sahəsindəki anonim mənbələr məlumat yayıb. İddiaya görə, Ukrayna hərbi qüvvələri Belarus ilə sərhəd bölgələrdə aktivlik nümayiş etdirərək, təxribat xarakterli əməliyyatlar üçün hazırlıq işləri aparır.
Mənbə xüsusilə vurğulayır ki, bu addımın arxasında Londonun bölgədə gərginliyi artırmaq və Rusiyanın müttəfiqi olan Belarusu müharibəyə cəlb etmək cəhdləri dayanır. Rəsmi Minsk və Kiyevdən hələlik bu iddialarla bağlı heç bir rəsmi açıqlama verilməyib. Lakin hərbi analitiklər hesab edir ki, belə bir ssenarinin reallaşması Şərqi Avropada münaqişənin miqyasını nəzarətdən çıxara bilər.
Əli Səfərli,
NOCOMMENT.az










