İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) region ölkələrinə qarşı növbəti sərt xəbərdarlığını səsləndirib. SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi İranın cənub qonşularını Tehranın düşmənləri ilə əməkdaşlıq edəcəkləri təqdirdə ağır nəticələrlə üzləşəcəkləri barədə xəbərdar edib.
NOCOMMENT.az xəbər verir ki, “Mehr” agentliyinin yaydığı məlumata görə, komandan Musəvi bəyan edib ki, əgər Körfəz ölkələri öz ərazilərini və hərbi obyektlərini İrana hücum məqsədilə kənar qüvvələrin istifadəsinə versələr, bu, regionun enerji sektorunun sonu demək olacaq.
“Cənub qonşularımız bilməlidirlər ki, onların coğrafi mövqeyi və strateji obyektləri düşmənlərimizin mənafeyi naminə İran xalqına qarşı istifadə olunarsa, onlar Yaxın Şərqdə neft hasilatı ilə vidalaşmalı olacaqlar”, – deyə o vurğulayıb.
Bu açıqlama onsuz da gərgin olan regionda neft infrastrukturunun birbaşa hədəfə alınacağı ilə bağlı ciddi narahatlıq yaradıb.
Sara












