Moskvadan İrəvana ŞOK TƏHDİD - "İttifaqdan çıxsalar..."

Moskvadan İrəvana ŞOK TƏHDİD - "İttifaqdan çıxsalar..."

Ermənistanın xarici siyasi kursunu Qərbə doğru çevirməsi və Avropa İttifaqına inteqrasiya cəhdləri regional iqtisadi müttəfiqi olan Rusiyanın kəskin reaksiyasına səbəb olub. Moskva İrəvana iqtisadi blokdan çıxmağın doğuracağı ağır fəsadlar barədə açıq və ciddi siqnallar göndərməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Astanada keçirilən tədbirlər çərçivəsində jurnalistlərə bəyanatında rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq planlarını kəskin tənqid edib.

Rusiyalı vitse-prezident vurğulayıb ki, İrəvanın ittifaqdan çıxmaq kursu Ermənistanda əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə və daxili bazarda qiymətlərin bahalaşmasına səbəb olacaq. O, həmçinin əlavə edib ki, Avrasiya İqtisadi İttifaqı daxilində heç bir dövlət Ermənistanın bu blokdan ayrılmasını istəmir. Overçuk qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı planları ətrafında yaranmış mövcud vəziyyət ölkə iqtisadiyyatına və gələcək investisiya mühitinə də ciddi qeyri-müəyyənlik gətirir ki, bu da xarici investorları qorxudur.

Rusiya Baş nazirinin müavini həmçinin bəyan edib ki, Rusiya hazırda bütün Avrasiya İqtisadi İttifaqı məkanında milli qanunvericilik aktlarını ittifaq hüququna ziddiyyət təşkil edib-etməməsi baxımından ciddi şəkildə nəzərdən keçirir və araşdırır. Onun sözlərinə görə, Ermənistan indiyədək ittifaq qarşısındakı iqtisadi öhdəliklərini tam yerinə yetirir və qurumun qaydalarını heç bir vaxt pozmayıb. Ermənistan rəhbərliyi Avrasiya İqtisadi İttifaqının ölkə üçün gətirdiyi nəhəng iqtisadi dividendləri və faydaları yaxşı anladığı üçün rəsmi olaraq qurumdan çıxmağa tələsmir, lakin onun hazırkı siyasi kursu ittifaqın təməl ideyaları ilə tamamilə ziddiyyət təşkil edir. Aleksey Overçuk xüsusilə xatırladıb ki, ittifaq daxilində Ermənistana verilən gömrük, enerji və digər iqtisadi güzəştlər paket şəklində təqdim olunub və əgər İrəvan hər şeyi Avropa İttifaqındakı kimi istəyirsə, o zaman ölkədəki qiymətlər də elə Avropadakı kimi baha olmalıdır.

Siyasi ekspertlər Overçukun bu çıxışını Moskvanın İrəvana qarşı tətbiq edə biləceyi mümkün iqtisadi sanksiyaların və xüsusilə ucuz qaz, yanacaq tədarükünün dayandırıla biləcəyinin açıq anonsu kimi qiymətləndirirlər.