Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb.
NOCOMMENT.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.
Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.











