Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasını keçirib.
NOCOMMENT.az xəbər verir ki, görüşün əsas müzakirə mövzuları antiterror tədbirləri çərçivəsində "Terrorizmdən azad Türkiyə" adlı yeni qanun layihəsinin nəzərdən keçirilməsi və ölkə daxilindəki cari əməliyyatların qiymətləndirilməsi olub. Eyni zamanda iclasda Cənubi Qafqazdakı son hadisələr və mövcud vəziyyət təhlil edilib.
Bununla yanaşı, Yaxın Şərq istiqamətində ABŞ ilə İran arasında gərginliyin azaldılması istiqamətində səylər, Suriya, İraq və İsrailin fəaliyyətləri ilə bağlı vəziyyət müzakirə olunub. Regional təhlükəsizlik mövzusunda Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması, Qara dənizdə gəmiçilik təhlükəsizliyi və Kiprdəki vəziyyət nəzərdən keçirilib, həmçinin Afrika qitəsindəki proseslərin inkişafı qiymətləndirilib.
Sara,











