Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra ölkədə yeni Konstitusiya üzrə referendumun vacib olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, o deyib ki, referendum siyasi qüvvələrin mövqelərini cəmiyyətə açıq şəkildə təqdim etməsinə imkan yaradacaq və seçkidə çoxluq qazanan qüvvənin mövqeyi yeni Konstitusiya layihəsinin formalaşmasında əsas rol oynayacaq.
Paşinyanın bu açıqlaması Ermənistanda Konstitusiya islahatları mövzusunu yenidən siyasi gündəmin ön sırasına çıxarıb.
Baş nazir referendumun ölkənin gələcək siyasi arxitekturasını müəyyənləşdirəcəyini və bu prosesin xalq iradəsi ilə həyata keçirilməsinin vacibliyini vurğulayıb.












