TƏCİLİ! Müctəba Xameneinin beyni zədələnib: Səslərə reaksiya vermir

TƏCİLİ! Müctəba Xameneinin beyni zədələnib: Səslərə reaksiya vermir

İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin vəziyyətinin kritik olduğu, onun xarici aləmdən tamamilə təcrid edildiyi və ötürülən mesajlara reaksiya vermədiyi iddia edilir. 

NOCOMMENT.az xəbər verir ki, “The Washington Post” qəzeti ABŞ və İsrail kəşfiyyatındakı mənbələrə istinadən Ali Rəhbərin ağır yaralı vəziyyətdə olduğunu bildirib.

Məlumata görə, Xamenei hücumlar nəticəsində bir ayağını itirib və beyin zədələnməsi səbəbindən ciddi nevroloji fəsadlarla üzləşib. İddia olunur ki, o, 10 gündən artıqdır Tehranın xəstəxanalarından birində süni nəfəs aparatına (İVl) qoşulu vəziyyətdədir və huşu yerində deyil.

İsrail tərəfi hazırda İranın birbaşa Xamenei tərəfindən, yoxsa onun adından SEPAH və din xadimləri tərəfindən idarə olunduğunu müəyyənləşdirməyə çalışır. Hazırda ölkədə idarəçiliyin faktiki olaraq SEPAH rəhbərliyi tərəfindən bərpa edildiyi vurğulanır.

Sara,
NOCOMMENT.az