ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı yeni açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Tramp son 24 saat ərzində ABŞ və İran arasında “yaxşı danışıqların” keçirildiyini bildirib.
Jurnalistin “İran hələ də geri çəkilməkdən imtina edir, amma siz sazişə yaxın olduğunuzu düşünürsünüz. Bu dəfə fərq nədir?” sualına cavab verən Tramp belə deyib:
“Haradan bilirsiniz ki, onlar geri çəkilməyib? Siz bunu bilmirsiniz. Nələrin baş verdiyini bilmirsiniz”.
Jurnalistin “Onlar bir neçə gün əvvəl Amerika gəmilərini atəşə tuturdu” sözlərinə isə Tramp belə cavab verib:
“Bəli, bilirəm. Amma bir neçə gün əvvəl artıq çoxdan olub. Müharibə şəraitində bir neçə gün heç nə demək deyil. Xeyr, onlar saziş üçün çarəsizdir. Görək buna nail ola biləcəyikmi”./Musavat.com/










