Almaniyanın DPA xəbər agentliyinin Almaniya hökumətindəki mənbələrə istinadən verdiyi məlumata görə, noyabrın 23-də Cenevrədə ABŞ prezidenti Donald Trampın Rusiya ilə münaqişənin həlli planı ilə bağlı Qərb və Ukrayna nümayəndələri arasında görüş keçiriləcək.
NOCOMMENT.az bildirir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Xəbər verildiyi kimi, bir sıra Avropa İttifaqı (Aİ) ölkəsi, ABŞ və Ukraynadan olan nümayəndələr Trampın sülh planını müzakirə etmək üçün bazar günü Cenevrədə görüşəcəklər. Əlavə məlumat verilməyib.
Bloomberg daha əvvəl bildirmişdi ki, Avropa ölkələri ABŞ-ın sülh planını son tarixdən əvvəl yenidən yazmağa çalışır. Jurnalistlərin fikrincə, Avropa liderləri Ukraynanın Rusiya ilə atəşkəs üçün yeni şərtlər hazırlaması üçün vaxt qazanmağa çalışırlar.












