6 aylıq körpə iynədən sonra öldü

6 aylıq körpə iynədən sonra öldü

Cəlilabadda 6 aylıq körpə iynə vurulduqdan sonra dünyasını dəyişib

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad şəhər Səttərxan küçəsində yaşayan Amiq Mirzəyev 6 aylıq övladının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə aparıb.

Məlumata görə, uşağı müayinə edən həkim Davud Qurbanov ona iynə vurub. Valideyn bildirir ki, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb və o, təcili şəkildə paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.