Azərbaycan futbolunda baş məşqçini döydülər – VİDEO

Azərbaycan futbolunda baş məşqçini döydülər – VİDEO

AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb.

NOCOMMENT.az qafqazinfo-ya istinadla xəbər verir ki, “Vətən” – “Neftçi” (0:3) matçının ikinci hissəsində hər iki komandanın texniki zonasında əyləşən şəxslər arasında gərginlik yaşanıb.

Bu zaman “Vətən” klubunun rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.