“Azərişıq”ın keçmiş əməkdaşını “tok” vurub öldürdü

“Azərişıq”ın keçmiş əməkdaşını “tok” vurub öldürdü

Gəncədə kişini elektrik cərəyanı vurub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində baş verib.

“Azərişıq”ın sabiq əməkdaşı Samux rayon sakini 58 yaşlı C.Vəliyevi elektrik xətlərini təmir edən zaman elektrik cərəyanı vurub.

C.Vəliyev hadisə yerində vəfat edib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.