Gəncədə DƏHŞƏT: sinəsindən bıçaqlanan kişi ÖLDÜ

Gəncədə DƏHŞƏT: sinəsindən bıçaqlanan kişi ÖLDÜ

Gəncədə bıçaq xəsarəti alan kişi ölüb. 

NOCOMMENT.az xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Gəray Həmid oğlu Məmmədov sinə nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq G.Məmmədov orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. /lent.az