Gəncədə minik avtomobili aşdı, xəsarət alanlar var – Son vəziyyətləri / VİDEO

Gəncədə minik avtomobili aşdı, xəsarət alanlar var – Son vəziyyətləri / VİDEO

29.11.2025-i il tarixində saat 00:30 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib

Bildirilib ki, qabırğa və boyun fəqərələrinin sınığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

*** 21:35

Gəncədə yol qəzası olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan Mersedes markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik avtomobili yolun kənarına aşıb. 2001-ci il təvəllüdlü İbrahim Haqverdiyev, 2004-cü il təvəllüdlü Hüseyn Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.