Güclü külək Qəbələdə fəsadlar yaratdı

Güclü külək Qəbələdə fəsadlar yaratdı

Ötən gündən ölkə boyu hava şəraitinin kəskin dəyişməsi Qəbələ rayonundan da yan keçməyib.

NOCOMMENT.az xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsi və güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Sert külək nəticəsində rayonun bir çox ərazilərində, xüsusən yaşayış məntəqələrində və yol kənarlarında irigövdəli ağaclar kökündən qoparaq aşıb. Hadisə nəticəsində ətrafa, infrastruktur obyektlərinə və sakinlərin şəxsi əmlakına ciddi ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar tərəfindən küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində rayonda müvafiq işlər aparılır, aşan ağaclar ərazidən təmizlənir.