Kürdəmirdə qəza: yük avtomobili aşdı, daşlar yola dağıldı – VİDEO

Kürdəmirdə qəza: yük avtomobili aşdı, daşlar yola dağıldı – VİDEO

Kürdəmirdə yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobillərinin toqquşması nəticəsində biri aşıb. Qəza zamanı avtomobildə olan mişar daşları yola dağılıb, bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Məlumata görə, xəsarət alan olmayıb.

Videonu təqdim edirik: