Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, E.Abdullayev “Nissan” markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən “KİA” markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət almışdır.

Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır.