Salyanda ağır qəza – Xəsarət alan var / VİDEO

Salyanda ağır qəza – Xəsarət alan var / VİDEO

Salyanda baş verən qəzada xəsarət alan var.

NOCOMMENT.az xəbər verir ki, Ələt–Astara magistralının Salyan rayonundan keçən hissəsində avtomobil qəzası qeydə alınıb. Belə ki, Masallı rayonundan Bakı şəhəri istiqamətində hərəkət edən “Ford” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində “Ford”un sürücüsü ağır xəsarət alıb və dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.