Şəkidə mal tövləsi yanıb, 4 ton yanaraq yararsız hala düşüb
NOCOMMENT. az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Şəkinin Cəyirli kəndində baş verib.
Kənd sakini, 62 yaşlı Nəsirov Bahadur Məhyəddin oğluna məxsus tövlədə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in Şəki və Yevlax yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan tövlənin çardağının yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Həmçinin tövlənin çardağına yığılmış 8 ton ot bağlamasının da 4 tonu yanıb.
Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunub, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.












