Şərurda yük maşını qadını vurub öldürdü

Şərurda yük maşını qadını vurub öldürdü

Şərurda 75 yaşlı qadını yük maşını vurub.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi “Maz” markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.

75 yaşlı qadın hadisə nəticəsində dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Bizi Facebookda izləyin