Gəncədə içkili vəziyyətdə xəstəxanaya gətirilən kişi (Goranboy rayon sakini 1979-cu il təvəllüdlü Elçin Musayev) vəfat edib.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarından baş verib.
Belə ki, Elçin Musayev təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan xəstəxanaların birinə aparılıb. Xəstəxanaya gətirilən kişi bir müddət sonra dünyasını dəyişib. Məlumata görə, xəstəxanaya gətirilən Elçin Musayev sərxoş olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.












