Dünən gecə saatlarında paytaxtda tüğyan edən güclü külək Bakıda bir sıra ciddi fəsadlar törədib.
NOCOMMENT.az xəbər verir ki, təbii fəsadlardan biri Sabunçu rayonu ərazisində qeydə alınıb. Güclü rüzgarın təsirindən rayon ərazisində yerləşən "Bakıxanov Mall" ticarət mərkəzinin dam örtüyünün bir hissəsi qoparaq uçub.
Hadisə nəticəsində damın ağır konstruksiyaları və dəmir hissələri yaxınlıqdakı yola dağılıb, ərazidə park edilmiş avtomobillərin üzərinə düşərək onlara ciddi ziyan vurub.
Hadisə şahidləri və ətrafdakı vətəndaşlar hərəkətin bərpası üçün yola tökülən dəmir parçalarını öz imkanları ilə təmizləməyə çalışıblar.
Hadisə yerindən qeydə alınan görüntüləri təqdim edirik:
Sara,
NOCOMMENT.az











