Sumqayıtda iki azyaşlı dəm qazından zəhərlənib

Sumqayıtda iki azyaşlı dəm qazından zəhərlənib

Sumqayıt şəhərinin 16-cı məhəlləsində iki uşağın dəm qazından zəhərlənməsi faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Kərimli Hüseyn Emin oğlu və 2013-cü il təvəllüdlü Kərimli Aliyə Emin qızı yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Azyaşlılar dərhal təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.