Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla hərbi qulluqçular “Qubadlının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
NOCOMMENT.az xəbər verir ki, təltif edilənlər hərbçilər arasında məşhur generallar Hikmət Mirzəyev, Mais Bərxudarov, Hikmət Həsənov və s. də var.
Generallar Hikmət İzzət oğlu Mirzəyev, Kərim Tofiq oğlu Vəliyev, Mayis Şükür oğlu Bərxudarov, Mübariz Balağa oğlu Rzayev və Ağamir Əzizxan oğlu Sultanov “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Generallar Vüqar Əfqan oğlu Əliverdiyev və Hikmət Hüseyn oğlu Həsənov isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Generallar Hikmət Mirzəyev, Mayis Bərxudarov, Zaur Məmmədov, Kənan Seyidov və Ağamir Sultanov həm də “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
General-leytenant Kərim Tofiq oğlu Vəliyev “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.
General-leytenant Hikmət Mirzəyev “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilib.












