Azərbaycan çempionu olan voleybolçu Çin klubuna keçib

Azərbaycan çempionu olan voleybolçu Çin klubuna keçib

Ötən mövsüm “Azərreyl”in heyətində çıxış etmiş dominikanlı voleybolçu Cineri Martinesin yeni klubu bəlli olub.

NOCOMMENT.az AZƏRTAC-a istinadla xəbər verir ki, 27 yaşlı blokçu Çinin “Lyaonin” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli voleybolçu ötən mövsüm “dəmiryolçular”ın heyətində Azərbaycan çempionluğunu qazanıb.