Azərbaycan millisində ciddi itki: Heyətdən çıxarıldı

Azərbaycan millisində ciddi itki: Heyətdən çıxarıldı

“Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, buna müdafiəçinin zədələnməsi səbəb olub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub – 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.