Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək qadın həndbol komandalarının rəqibləri bəlli olub.
NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirə ikinci mərhələdən qoşulacaq son ölkə çempionu “Qarabağ” Lüksemburqun “Red Boyz Differdanj”, Azərbaycan Kubokunun qalibi “Kür” Yunanıstanın OFN, “Azəryol” isə Ukraynanın “Qaliçanka” klubları ilə üz-üzə gələcək.
İlk oyunlar oktyabrın 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək.












