Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə start verilib.
NOCOMMENT.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətirib.
4 oyundan ibarət qarşılaşmada Teymur qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanıb – 2,5:1,5.
Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayət edəcək.













