UEFA Ukrayna klubunu Konfrans Liqasından diskvalifikasiya edib

UEFA Ukrayna klubunu Konfrans Liqasından diskvalifikasiya edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukraynanın “Dnepr-1” klubunu Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Apellyasiya Komitəsi Konfrans Liqasının II təsnifat mərhələsinin Macarıstanın “Puşkaş Akademiyası” klubu ilə matçlarında “Dnepr-1″ə iki texniki məğlubiyyət verib. Görüşlər iyulun 25-də və avqustun 1-də baş tutmalı idi.

Ukrayna mətbuatı Dnepr-1-in iflas ərəfəsində olduğunu yazır. Ukrayna Premyer Liqası (UPL) klubların nümayəndələrinin “Dnepr-1″in xahişini təmin etmək və onu çempionat iştirakçılarından geri götürmək qərarına gəldiyini bildirib.

“Dnepr-1” futbol klubu 2015-ci ildə yaradılıb. O, 2019/2020 mövsümündən UPL-də oynamağa başlayıb.

Qeyd edək ki, “Dnepr-1” UPL 2023/2024 mövsümünü 29 matçda 49 xal toplayaraq dördüncü yerdə başa vurub.