Dünya bazarlarında neftin bahalaşması, təbii qazın isə ucuzlaşması davam edir

Dünya bazarlarında neftin bahalaşması, təbii qazın isə ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2,15% artaraq 1 barelə görə 27,05 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 3,61% artaraq 19,52 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,21 % azalaraq 1,934 ABŞ dolları təşkil edib.