“Mən Rəqsanə kimilərin gözünün odunu alıram” – Aysunun keçmiş əri

“Mən Rəqsanə kimilərin gözünün odunu alıram” – Aysunun keçmiş əri

Keçmiş həyat yoldaşı Eşqin Cəlilov müğənni Aysun İsmayılovanın evlənməsi barədə danışıb.

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, Eşqin Cəlilov instagramda açdığı canlı yayımda Aysunun evlənməsi ilə bağlı gələn suallara aqressiv cavab verib:

“Onsuz nə vaxtsa evlənəcəkdi. Bu məni maraqlandıran mövzu deyil. Ailə qurur, pis bir şey etmir”.

Bir izləyicinin “Rəqsənə gözünün odunu alıb” şərhinə qəzəblənən Eşqin yazıb ki, o Rəqsanə kimilərin gözünün odunu alır.

Xatırladaq ki, onlar bu ilin may ayında boşanıblar.