174-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

174-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 43 900 (+150) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 880 (+4) tank, 4 152 (+11) zirehli döyüş maşını, 989 (+4) artilleriya sistemi, 263 (+2) reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 (+1) helikopter, 790 (+3) PUA, 190 (+3) qanadlı raket, 15 gəmi, 3 049 (+13) avtomobil texnikası və avtosistern, 92 xüsusi texnikadan ibarətdir.