196-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

196-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 50 610 (+460) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 097 (+20) tank, 4 520 (+36) zirehli döyüş maşını, 1 194 (+15) artilleriya sistemi, 300 (+4) reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 208 (+1) helikopter, 880 (+4) PUA, 214 (+5) qanadlı raket, 15 gəmi, 3 320 (+15) avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.