197-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

197-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 51 250 (+640) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 112 tank (+15), 4 557 (+37) zirehli döyüş maşını, 1 226 (+32) artilleriya sistemi, 305 (+5) reaktiv yaylım atəşi sistemi, 159 (+3) hava hücumundan müdafiə sistemi, 239 (+2) təyyarə, 210 (+2) helikopter, 884 (+4) PUA, 214 qanadlı raket, 15 gəmi, 3 344 (+24) avtomobil texnikası və avtosistern, 110 (+1) xüsusi texnikadan ibarətdir.